Naxçıvan Məhsulları MMC © 2015 Bütün hüquqları qorunur
Kənd pendiri

 “Kənd Pendiri” layihəsi - ənənəvi Naxçıvan pendirinin istehsalının təşkilini və yeni dizyanda qablaşdırılaraq, istehslakçılara çatdırılmasını nəzərdə tutur. Layihənin əsas hədəfi  muxtar respublikada fəaliyyət göstərən kiçik və orta həcmli süd emalı müəssisələrinin və heyvandarlıq təsərrüfatlarının fəal istehsala cəlb etmək və istehsal olunan məhsullar üçün yeni satış imkanları yaratmaqdır. Bu hədəfə nail olmaq üçün mövcud standartlar və normativlərin tələblərinə cavab verən kiçik və orta istehsalçılar sifarişli məhsul istehsalı rejiminə cəlb edilmişdir. “Kənd Pendiri”nin hazırlanmasında  mümkün qədər ənənəvi resepturadan istifadə olunmuşdur. İstehsalda süd yağının təbii həddi mühafizə olunmaqla 100% təzə süddən istehsal olunan məhsul xüsusi rejimdə və duzlu şorada ən azı 2 ay müddətində yetişdirildikdən sonra erqonomik və gigiyenik metal taralarda (qaya duzundan əldə edilmiş şoradan istifadə edilməklə) qablaşdırılır. İstehsal və qablaşdırma zamanı heç bir qatkı maddələrindən istifadə olunmur. 

/
CSS3/jQuery Clock demo

logo
AZ   EN   RU